Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

BÜTÜN QAFQAZIN ŞEYXİ ARAKAN QƏTLİAMI İLƏ BAĞLI, GÖRÜN NƏ DEDİ…

“Mən indi məclisdəyəm, danışmaq imkanım yoxdur”.

Artıq neçə gündür ki, Myanmanın Arakan əyalətində buddistlərin müsəlman kəndlərinə hücumu, insanları vəhşicəsinə qətl etməsi dünya mediasının gündəmindən düşmür.

Din.az “A24.az”-a istinadən bildirir ki, Türkiyə başda olmaqla əhalisi müsəlman olan bir çox ölkələrin həm hökumət, həm də dini qurumları XXI əsrdə baş verən bu vəhşiliyə etiraz etməkdədir. Lakin bu məsələdə Qafqaz Müsəlmanları İdarəsinin susqunluğu açıq görünür. Bu suala aydınlıq gətirmək üçün “Gununsesi.info”nun əməkdaşı QMİ sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə telefonla əlaqə saxlayıb.
Sualımızı dinləyən Şeyx həzrətləri bir qədər susqunluqdan sonra bu barədə danışmaq imkanının olmadığını bildirib.

“Mən indi məclisdəyəm, danışmaq imkanım yoxdur. Bizim idarənin mətbuat xidməti ilə əlaqə saxlasanız yaxşı olar” deyən Allahşükür Paşazadə telefonun dəstəyini asıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az