Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Bu tərcümənin adı «Saxta peyğəmbər Muhəmməd» idi

Əziz Peter Quran tərcüməsilə məqsədinin müsəlmanları xristian etmək olduğunu bildirmişdi.

Səlib yürüşləri vaxtı ən mühim hadisələrdən biri də Quranın ilk dəfə Latın dilinə tərcüməsi olub. Bu tərcümənin adı “Lex Mahumet pseudoprophete” idi, yəni «Saxta peyğəmbər Muhəmməd».

Quranı tərcümə etdirən dövrün məşhur teoloqu Əziz Peter, tərcümə edəni isə Kettonlu Robert (1110-1160) adlı ingilis olub. Tərcümə 1147-ci ildə təhvil verilib. Bu, qərb dilinə tərcümə olunan ən qədim Quran tərcüməsi idi.

Əziz Peter tərcüməçini Quranı tərcümə etməyə çətinliklə razı salmışdı. O, Robertə məqsədinin müsəlmanları xristian etmək olduğunu bildirmişdi.

Tərcüməçi Robert təkcə dini kitabları deyil, əl-Battani, İbn Sina kimi alimlərin əsərlərini də tərcümə edən məşhur tərcüməçi idi.

Quranın Latın dilinə tərcüməsinin məqsədi Quranı daha yaxşı başa düşmək deyildi. Düşmən qəbul etdikləri müsəlmanları daha yaxşı tanımaq və onlara öz silahları ilə vurmaq idi. Əksər tarixçilər bu tərcümənin xətalı olduğunda həmfikirdirlər.

Əziz Peter Əndəlüsdə, Toledoda çox ciddi təsirləri olan tərcümə hərəkatı başlatmışdı. Onun yaşadığı illərdə çox sayda müsəlman filosofun əsərləri, bundan başqa, Qədim Yunan fəlsəfəsinə xas olan əsərlər ərəb dilindən Latın dilinə tərcümə edilmişdir.

Bu tərcümə əsərlərin təsiri ilə sxolastik kilsənin təzyiqi və təsiri altında olan Avropa elmi və fəlsəfəsi müstəqil olmağa başlamışdı. Nəticədə Avropada intibah dövrünün və Renesans hərəkatının əsasları atılmışdı…

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az