Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“BU ÖLKƏDƏ SƏFİRLİK AÇMAZDAN ÖNCƏ FƏLƏSTİNLƏ MƏSLƏHƏTLƏŞMƏLİYİK”

“Hazırda Azərbaycan və İsrail münasibətləri çox yaxşıdır”.

Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramov növbəti dəfə Azərbaycanın İsraildə səfirliyinin açılmasının vacibliyindən danışıb.

Maraqlıdır, Azərbaycanın İsraildə səfirliyinin olmaması ikitərəfli münasibətlərin inkişafını əngəlləyən faktor hesab oluna bilərmi?

Din.az bildirir ki, ALP sədri Əvəz Temirxan Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Hazırda Azərbaycan və İsrail münasibətləri çox yaxşıdır. Bizim münasibətlər hətta səfirliklərimizin olduğu digər ölkələrdən də yaxşıdır. Azərbaycanın bu ölkədə səfirliyinin açılması Azərbaycanın qonşuları ilə münasibətinə xələl gətirməyəcəksə bu addımı atmaq olar. Yəni hər şey əvvəlcədən araşdırılmalıdır. Biz həmçinin Fələstin faktorunu da yaddan çıxarmamalıyıq. Əgər belə bir addım atmaq istəsək öncə Fələstinlə məsləhətləşməliyik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az