Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu ölkə Ramazanla bağlı 500 məhsulda endirim etdi

500-dən çox məhsulun qiymətində endirim edildi.

Qətərin İqtisadiyyat və Sənaye Nazirliyi Ramazan ayı münasibətilə 500-dən çox məhsulun qiymətində endirim edib.

Din.az xəbər verir ki, endirim olunan məhsulların siyahısı iri ticarət mərkəzlərinə təqdim olunub.

“Bu təşəbbüs əsas supermarketlərlə razılıq əsasında Ramazan ayının sonuna qədər davam etdirilir”, – nazirliyin məlumatında bildirilib.

Bu ildən qiymətində endirim olunan məhsullar sırasına un, şəkər, düyü, makaron, süd və eləcə də qeyri-istehlak malları da əlavə edilib.

Nazirlik alıcılara müraciətində bildirib ki, qiymətlərlə bağlı supermarketlərdə hər hansı narazılıq olarsa, dərhal məlumar versinlər. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az