Bu müsəlman ölkəsində xəyanət etmiş ailəli şəxslərə sərt cəzalar veriləcək

Xəyanət edən daşqalaq ediləcək, oğrularin əli və ayaği kəsiləcək.
Aprelin 3-dən etibarən Bruney sultanlığında xəyanət etmiş ailəli şəxslər və eynicinsli seksual münasibətlərə daxil olanlar barəsində ölüm hökmü çıxarılacaq.
Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, yuxarıda adı çəkilənlər daşqalaq edilməklə qətlə yetiriləcək.
Eyni zamanda, oğurluğa görə cəza tədbirləri sərtləşdirilir. Belə ki, ilk dəfə oğurluq etmiş şəxsin sağ əli, ikinci dəfə oğurluq edənin isə sol ayağı kəsiləcək.
Beynəlxalq hüquq müdafiəçilərinin sərt tənqidinə baxmayaraq, ölkə prokurorluğu yeni qaydaları təsdiqləyib.
Xatırladaq ki, Bruney BMT-nin işgəncələrə və digər qəddar cəza növlərinə qarşı konvensiyasını imzalasa da, ratifikasiya etməyib. Onu da qeyd edək ki, sultanlıqda ölüm hökmü nadir hallarda verilir. Sonuncu dəfə edam cəzası 2017-ci ildə gerçəkləşdirilib.