Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu müsəlman ölkəsi üçün qadın kadrlar hazırlanır

Qadınların bu ölkənin siyasi həyatında fəal iştirak etmələri üçün şərait yaradılacaq.

Özbəkistanda Avropa İttifaqı-Özbəkistan-Əfqanıstan formatında qadın kadrların hazırlanmasına başlanılıb.

Din.az xəbər verir ki, Özbəkistan və Avropa İttifaqı (Aİ) əfqanıstanlı qadınların iqtisadi hüquqlarının və imkanlarının qorunması üçün proqram hazırlayıb.

Proqrama əsasən Əfqanıstan qadınları Özbəkistanda və Qazaxıstanda müxtəlif sahələr üzrə ali təhsil alacaqlar.

Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov qeyd edib ki, Aİ ilə birgə proqram əfqanıstanlı qadınların kənd təsərrüfatı, dəqiq elmlər və dağ-mədən sənayesi sahələrində təhsil almaları, onların öz ölkələrinin sosial və siyasi həyatında fəal iştirak etmələri üçün şərait yaradacaq. Məlumata görə, Termezdə yaradılan təhsil mərkəzində artıq 100 əfqan qadın diplom alaraq vətəninə qayıdıb. / Teleqraf.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az