Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu müsəlman ölkəsi ABŞ-da Türkiyə əleyhinə çalışır

Türkiyə əleyhinə sanksiya tətbiqini dəstəklədilər.

Birləşmiş Ərəb Əmirliyi adına ABŞ-da lobbiçilik fəaliyyətini icra edən bir qurum bəzi senatorlarla Türkiyə əleyhinə sanksiya tətbiqi üçün iş aparır.

Din.az xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb. Məlumata əsasən, Nümayəndələr Palatasında qondarma erməni soyqırımı layihəsi təsdiqlənəndən sonra “Akin Gump” adlı lobbi təşkilatı amerikalı iki senatora məktub göndərib.

Məktubda Türkiyənin “Sülh çeşməsi” əməliyyatı qınanılıb və Türkiyə əleyhinə sanksiya tətbiqinin dəstəkləndiyi vurğulanıb.

Məktubun hansı senatorlara göndərildiyi barədə məlumat verilməyib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az