Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Bu, İranın minillik tarixinin məhvinə səbəb olacaq”

“İranda ekoloji problemlərin 70 faizdən çoxu su çatışmazlığı ilə bağlıdır”.

Su bohranı gələcək 15 ildə bizim bir neçə min illik tariximizin məhvinə səbəb olacaq.

Din.az APA-ya istinadən bildirir ki, bunu İranın ətraf mühitin qorunması və ekologiya təşkilatının sədri İsa Kələntəri bu gün keçirdiyi mətbuat konfransında deyib.

İ.Kələntəri İranda su böhranı ilə bağlı ciddi xəbərdarlıq edib. O deyib ki, araşdırmalara əsasən, İranda ekoloji problemlərin 70 faizdən çoxu su çatışmazlığı ilə bağlıdır: “Bu, ölkənin şimalında çox ciddi müşahidə edilməsə də, digər bölgələrdə birinci dərəcəli problemdir. Beynəlxalq qanunlara görə, biz yenilənən su qaynaqlarının 40 faizini istifadə edə bilərik. Lakin bizdə bu rəqəm 110 faiz təşkil edir. Hətta Afrika və yaxın şərq ölkələrində belə bu rəqəm bizdən aşağıdır. Hesablamalara əsasən, bizdə ildə 35,5 milyard kubmetr su istifadə olunmamalıdır. Lakin bu rəqəm 97 milyard kubmetrə çatıb. Buna görə də ətraf mühit sahəsində ölkənin prioritet məsələsi sudur”.

Qeyd edək ki, İran Prezident Administrasiyasının kəndlərin inkişafı üzrə rəis müavini Əbülfəz Rəzəvi açıqlamasında ölkədəki su çatışmazlığının israfçılıqla bağl olduğunu demişdi: “Biz tez bir zamanda İranda su istifadə metodunu islah etməliyik. Hazırda İranda suyun 90 faizi kənd təsərrüfarında istifadə olunur. İstifadə olunan suyu 10 faiz azaltsaq, ölkədə su problemi həll olunacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az