Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Bu insanlar Quranı hansı məqsədlər üçün istifadə edirlər?”

E.Miri Hacı Fuad Nurullayevi Quranı mahiyyətinə uyğun istifadə etməməkdə ittiham edib.

Tanınmış ilahiyyatçı alim, “Media Təqib Mərkəzi”nin direktoru Elşad Miri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin ünvanın sərt fikirlər səsləndirib.

Din.az Publika.az-a istinadən xəbər xəbər verir ki, E.Miri Hacı Fuad Nurullayevi müqəddəs Qurani-Kərim kitabından düzgün istifadə etməməkdə ittiham edib.

Daha sonra E.Miri Hacı Fuad Nurullayevin əlində Qurani-Kərim olan fotosunu sosial şəbəkədəki səhifəsində paylaşaraq, sual verib: “Bu insanlar Quranı hansı məqsədlər üçün istifadə edirlər? Bu adam Hacı titullu Fuad Nurullayevdir. Paşazadənin müavinidir. Mənimlə verilişə çıxmamaq üçün (Lider TV-də) verilişi tərk edib gedən şəxsdir. Bunlar üçün Quranın mahiyyəti budur”.

Hacı Fuad Nurullayev Elşad Miriyə cavab vermək istəmədiyini söyləyib: “Biz Allahın buyurduğu doğru yolla gedirik. Kim nə deyirsə, desin. Hər şeyi uca Allah görür!”.

Vasif Həsənli

 

MÜZAKİRƏ

2 şərh “Bu insanlar Quranı hansı məqsədlər üçün istifadə edirlər?” üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az