Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BU GÜN SONUNCU AZƏRBAYCANLI ZƏVVARLAR VƏTƏNƏ QAYIDIR

“Zəvvarların ziyarəti zamanı hər hansı bir problem yaşanmayıb”.

Azərbaycandan Həcc mərasimi üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə qayıdır.

Din.az “A24.az”-a istinadən bildirir ki, zəvvarları gətirən təyyarə bu gün Bakıda yerə enəcək.

Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər ki, zəvvarların ziyarəti zamanı hər hansı bir problem yaşanmayıb, ziyarət nəzərdə tutulduğu qaydada həyata keçirilib.

Bundan əvvəl digər zəvvarlar sentyabrın 12, 13 və 14-ü Azərbaycana qayıdıblar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az