Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Brüsseldə həyəcan: “Allahu Əkbər” deyərək…

Bir nəfər “Allahu Əkbər” qışqıraraq təyyarəni partladacağını bildirib.

Brüssel hava limanından Madridə üçan təyyarə partlayış təhlükəsinə görə evakuasiya olunub.

Din.az xəbər verir ki, bu barədə “VRT” telekanalı informasiya yayıb.

Məlumata görə, Brüsseldən Madridə uçan təyyarədə 51 yaşlı kişi təyyarə havaya qalxmamışdan öncə ayağa qalxaraq “Allahu Əkbər” qışqıraraq təyyarəni partladacağını bildirib. Sərnişin dərhal zərərsizləşdirilib və təyyarədə olan digər şəxslər evakuasiya edilib.

Axtarışlar nəticəsində təyyarədə bombanın olmadığı,saxlanılan şəxsin təyyarədə olan digər 7 dostu ilə birliktə spirtli içkinin təsiri altında olduğu müəyyənləşib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az