Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Britaniya Myanma hərbçilərinə təlimi dayandırdı

Arakan müsəlmanlarına qarşı Myanma hökumətinin təzyiqləri davam edir.

Britaniya Myanma hərbçilərinin təlimi ilə bağlı proqramı dayandırıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb olaraq Arakan müsəlmanlarının Myanma hökuməti tərəfindən təzyiqlərə məruz qalması göstərilib. London Myanma hərbçiləri üçün təlimlərin bölgədəki vəziyyətin həll olunacağı zaman yenidən bərpa ediləcəyini bildirib.

Qeyd edək ki, son günlər Myanma hökuməti Arakan müsəlmanlarına qarşı təzyiqləri gücləndirib. Nəticədə son 1 ay ərzindən Arakandan 421 min müsəlman Banqladeşə qaçıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az