Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bolqarıstanda türklər 10 gündür evdən çıxa bilmirlər

Qarşıdurmada türklər qəsdən hədəfə alınıb.

Bolqarıstanda ölkənin türk və qaraçı vətəndaşları son 10 gündə onlara qarşı keçirilən aksiya ilə əlaqədar küçəyə çıxmaqdan qorxurlar.


Din.az “Report”a istinadən xəbər verir ki, Bolqarıstanda türklərin sıx yaşadığı Asenovqrada ölkənin başqa şəhərlərindən axın edən 7-8 min aksiyaçı toplanıb.
İnformasiyaya əsasən, türklərə qarşı keçirilən bu aksiyanın iştirakçılarından 9-u tutulub.
Bolqarıstan vətəndaşı olan türklər sosial şəbəkələrdə də hədələnirlər.
Məlumata görə, bolqarlarla qaraçılar arasında qarşıdurmada türklər qəsdən hədəfə alınıb.
Bu il iyunun 26-da türklərin istirahət etidiyi ərazidə avarçəkən iki bolqar qız suya düşüb. Türklər onlara yardım etmək istəyərəkən, qızlar qalmaqal salıblar. Avarçəkənlər türklərdən şikayət ediblər.
Məlumata görə, qaraçılar qızlara söz ataraq, sataşıblar. Bundan sonra bolqarlarla qaraçılar arasında toqquşma düşüb. Bolqar siyasilər Asenovqradda türklərin çoxluq təşkil etdiyini bildirirlər. Ona görə onlar iddia edir ki, avarçəkənlərə qaraçılarla yanaşı türklər də “sataşıb”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az