Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BMT İsrailin yeni məskən salmaq planından narahatlıq ifadə edib

İsrail rəsmi olaraq yəhudi məskənlərində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.

BMT İsrailin Şərqi Qüds və İordan çayının qərb sahilində yeni məskənlər salmasını Yaxın Şərq münaqişəsinin nizamlanmasına manə olan birtərəfli hərəkət kimi qiymətləndirməkdə davam edəcək.

 

“Din.az” APA-ya istinadən bildirir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, baş katibin yəhudi  məskənləri ilə bağlı mövqeyi dəyişməzdir: “Biz bunu birtərəfli hərəkət kateqoriyasına aid edəcəyik”.

Qeyd edək ki, İsrail hökuməti bundan əvvəl İordan çayının qərb sahilindəki yəhudi məskənlərində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.

2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib.

Buna cavab olaraq İsrail BMT büdcəsinə ödəmələrini 6 mln. dollar azaldıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az