Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BMT İsraildən Holan yüksəkliklərini tərk etməyi tələb etdi

İsrail işğal edilmiş əraziləri tərk etməlidir.

BMT Baş Assambleyası İsraildən işğal edilmiş Holan yüksəkliklərini tərk etməyi tələb edən qətnamə qəbul edib.

Din.az xəbər verir ki, qətnamənin lehinə 91, əleyhinə isə 9 dövlət səs verib, daha 65 ölkə bitərəf qalıb.

Sənədə əsasən, İsraildən Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Suriyanın Holan yüksəkliklərindən geri çəkilməsi tələb edilir.

Bildirilir ki, İsrailin 1981-ci ildən işğal etdiyi Holan yüksəkliklərində öz qanunlarını, yurisdiksiyasını və idarəetməsini təyin etməsi ilə bağlı qərarı etibarsızdır və heç bir hüquqi qüvvəyə malik deyil.

Qətnamənin müəllifləri yüksəkliklərin işğalını regionda sülhün və ədalətin bərqərar olmasına maneə hesab edirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az