Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

BMT-DƏN ARAKAN AÇIQLAMASI

“Arakanlı müsəlmanlara qarşı hücum qəddar əməliyyatdır”.

Myanmadakı vəziyyət etnik təmizləmənin açıq-aşkar nümunəsidir.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad əl-Hüseyn deyib.

“Arakanlı müsəlmanlara qarşı hücum qəddar əməliyyatdır. Myanmadakı müsəlmanlara olan hücumu qınayıram”, – deyə o bildirib.

Qeyd edək ki, bir müddətdir Myanmanın Arakan ştatında yaşayan müsəlmanlar hökumət qüvvələri ilə buddist rahiblərin zülmünə məruz qalır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az