Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BMT baş katibindən Myanma açıqlaması – “Bu faciə fəlakətlə nəticələnəcək”

Kyinin saymazyana davranışı dünya liderləri tərəfindən də tənqidlərlə qarşılanır.

Din.az bildirir ki, BMT-nin baş katibi Antonio Guterres Myanma lideri Aunq San Suu Kyini tənqid edərək “Hərəkətə keçmədiyi müddətcə bu faciə fəlakətlə nəticələnəcək” – dedi.

Myanmada Müsəlmanlara qarşı qətliam davam edərkən Myanma lideri Aunq San Suu Kyi baş verənlərə göz yummağa davam edir. İllər əvvəl Nobel Sülh Mükafatına layiq görülən Kyinin saymazyana davranışı dünya liderləri tərəfindən də tənqidlərlə qarşılanır. Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres Kyini tənqid edərək “Hərəkətə keçmədiyi müddətcə bu faciə fəlakətə nəticələnəcək” – deyib.

Bu həftə başlayacaq BMT Baş Assambleyası öncəsi müsahibə verən BMT-nin baş katibi Myanma liderinin son şansı olduğunu ifadə edərək “Kyinin son bir şansı var. Əgər, bu vəziyyəti tərsinə döndərməsə, bu faciə dəhşətli olacaq. Təəssüf ki, vəziyyətin gələcəkdə necə həll edilə biləcəyini görmürəm” deyib.

Rohingya müsəlmanlarının evlərinə geri qayıtmalarına icazə verilməsinin lazım olduğunu əlavə edən Guterres Myanma ordusunun hələ də ölkədəki üstünlüyü əlində saxladığını qeyd edib.

Bu həftə başlayacaq BMT Baş Assambleyasında Myanma lideri Kyinin iştirak etməyəcəyi açıqlanmışdı. Kyi böhranın “yanlış məlumatlardan ibarət olan aysberq” tərəfindən böyüdüldüyünü, saxta xəbərlərin terrorçulara xidmət etdiyini bildirmişdi. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az