Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BMT Arakan müsəlmanları ilə bağlı hərəkətə keçdi

“Arakanda yaşanan problemlərin həll edilməsi labüddür”.

BMT Təhlükəsizlik Şurası (TŞ) Myanmarın Arakan bölgəsində yaşanan iğtişaşlarla bağlı təcili toplantı keçirəcək.

Din.az bildirir ki, bu barədə İngiltərənin BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft Tvitter hesabında məlumat yayıb.

“İngiltərə Myanmardakı vəziyyəti müzakirə etmək üçün təcili toplantı tələbi BMT TŞ-yə müraciət etdi. Arakanda uzun müddətdir ki, yaşanan problemlərin həll edilməsi labüddür”, – diplomat bildirib.

Qeyd edək ki, son 3 gündə Arakan bölgəsində hökumət qüvvələri və buddist rahiblərin rəhbərliyi altında 500-dən çox günahsız müsəlman qətlə yetirilib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az