Binəli Yıldırım Bakıda namaz qıldı – VİDEO

Cümə namazı üçün Yıldırım Bakı Türk Şəhidliyi məscidinə gəlib.
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıda cümə namazı qılıb.
Din.az bildirir ki, cümə namazı üçün Yıldırım Bakı Türk Şəhidliyi məscidinə gəlib. Ona Qırğızıstan parlamentinin spikeri Dastanbek Cumabekov və Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə müşayiət edib.
Yıldırım namazdan sonra üzərində Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu hədiyi insanlara paylayıb. //oxu.az