Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Bəzi kafe və restoranlarda sulu qəlyana narkotik qatırlar” – DEPUTAT

Araz Əlizadə ölkədə hər yerdə sulu qəlyanın qadağan olunmasını təklif etdi.

“Azərbaycanda bir sıra kafe və restoranlarda sulu qəlyana gizlicə narkotik vasitə qatırlar”.

“Din.az” bildirir ki, APA-nın məlumatına görə, bunu deputat Araz Əlizadə bu gün Milli Məclisdə keçirilən “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” adlı Dəyirmi masada bildirib.

O, ölkədə hər yerdə sulu qəlyanın qadağan olunmasını təklif edib: “Bir sıra yerlərdə sulu qəlyan vasitəsi ilə ölkədə narkotikin yayılmasına şərait yaradırlar və bununla da biznesini genişləndirirlər. Ümumiyyətlə sulu qəlyan tütündən daha təhlükəlidir, daha çox virus daşıyıcısıdır. Deyirlər ki, onu çəkən zaman müştüyü dəyişdirilir. Müştüy dəyişsə də, boru dəyişmir və bu da infeksiyanın yayılmasında fəal vasitədir. Turistlərin bundan narazı qalmasından qəti narahat olmaq olmaz. Ona qalsa turistlər üçün Avropada olduğu kimi tiryəkxana da açmalıyıq?”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az