Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

BEYNƏLXALQ FORUMDA QURANIN L.N.TOLSTOY YARADICILIĞINA TƏSİRİ İLƏ BAĞLI MƏRUZƏ

L.N.Tolstoy Məhəmməd peyğəmbər və Qurandan bəhrələnmişdir.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının dil və mədəniyyətləri XXI əsrdə adlı XIII Beynəlxalq forum işini yekunlaşdırıb.

Din.az bildirir ki, Avrasiya regionunun nüfuzlu alimlərinin qatıldığı tədbirdə respublikamızı Bakı Slavyan Universitetinin prorektoru, professor Rafiq Novruzov təmsil edib. Alimin “Məhəmməd peyğəmbərin aforizmləri L.N.Tolstoyun interpretasiyasında” adlı məruzəsi xüsusi maraqla qarşılanıb. Müəllif adıçəkilən məruzədə böyük rus yazıçısının islama yanaşması ilə azərbaycanlı mütəfəkkirlərin mövqeləri arasında paralelləri aparıb. Alim sonda bu qənaətə gəlib ki, L.N.Tolstoy təkcə Məhəmməd peyğəmbər və Quranla deyil, həm də dünyanın görkəmli filosoflarının, o cümlədən Azərbaycanın böyük fikir adamlarının islam barədə düşüncələri ilə yaxından tanış olmuş və onlardan bəhrələnmişdir. Müəllif bu sırada böyük sufi alimi Şeyx Mahmud Şəbüstərinin və digər görkəmli azərbaycanlı sufi və hürufi mütəfəkkirlərinin adını çəkmişdir.
R.Novruzov daha sonra Şərqin məşhur sufi mütəfəkkiri, Abdulla əl-Məmun Sührəverdi ilə L.N.Tolstoy arasındakı yazışmalardan danışıb. O, qeyd edib ki, Tolstoy Sührəvərdinin kitabından on iki aforizmi özünün məşhur “Hər gün üçün” müdrik kəlamlar kitabına daxil edib. Alim daha sonra Sührəvərdinin kitabından götürülmüş və L.N.Tolstoyun köməkçisi S.D.Nikolayev tərəfindən ruscaya çevrilmiş kəlamların 1909-cu ildə “Posrednik” nəşriyyatında “Tolstoy tərəfindən seçilmiş Məhəmmədin Qurana düşməyən kəlamları” başlığı altında çap olunduğunu bildirmişdir.

O, Quran aforizmlərinin L.N.Tolstoya doğma olmasının səbəbini onlardakı müdriklik, humanizm, ədalət, insanlığa yardım hissi ilə bağlılıqla əlaqələndirmişdir. R.Novruzov L.N.Tolstoyu həyacanlandıran demək olar ki, bütün məsələlərin Quranda öz əksini tapmasını faktlarla əsaslandırmışdır. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az