“BƏSMƏLƏ” NƏ DEMƏKDİR?

“Tovbə” surəsi xaricində Qurandakı bütün surələr Allahın adları ilə başlayır.
Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:
“BƏSMƏLƏ Quran surələrinin giriş cümləsidir. Tam forması “Bismilləhir-rahmənir-rahim” olan bu cümlə, “Mərhəməti, sevgisi və bağışlaması sonsuz olan Allahın adı ilə!” mənasına gəlir. “Tovbə” surəsi xaricində Qurandakı bütün surələr Allahın “Rahman” və “Rahim” kimi iki böyük adı ilə başlayır, insan başda olmaqla, Allahın yaratdıqlarına olan sevgi və mərhəmətinə işarə edilir. Allahın mərhəməti, bəndələrinə qarşı olan sevgi və yaxınlığı, Quranın ən mühüm buyuruqlarındandır. Bundan başqa, bu ifadə Quran kimi möhtəşəm ayələrdən ibarət kitabın Allah tərəfindən insanlara nazil edilməsi və insanlara bu buyuruqla müraciət edilməsi, Allahın sonsuz mərhəmətinin bir nəticəsi olduğu həqiqətini insana xatırladır.