Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bəşər Əsəddən ermənilərə – Görünməmiş dəstək

Suriyada müharibə səbəbilə 70 min suriyalı erməni ölkəni tərk edib.

Suriya Prezidenti Bəşər Əsəd bu ölkədə yaşayan erməni icmasının katolikosu I Aramla görüşüb.

Din.az xəbər verir ki, görüşdə Əsəd Suriyanı tərk edən erməniləri öz vətənlərinə geri qayıtmağa çağırıb.

Görüş Bəşər Əsədin evində baş tutub. Tədbirdə Livan və Suriya ermənilərinin təmsilçiləri, Livanın erməni əsilli turizm naziri Avetis Kitanyan, Suriya parlamentinin deputatları Nora Arsiyan və Jirayr Risyan qatılıb.

Rəsmi məlumata görə, 2011-ci ildə Suriyada müharibənin başlamasından bu günədək 70 min suriyalı erməni ölkəni tərk edib. Bunlardan təxminən 25 min nəfər Ermənistana gəlib.

Ermənistanda köç edən ermənilərin müəyyən qisminin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirildiyi bildirilib. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az