Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BƏŞƏR ƏSƏD TÜRKİYƏ PREZİDENTİNİ “SİYASİ YOXSUL” ADLANDIRDI

“Türkiyə tərəfini nə tərəfdaş, nə də qarant sayırıq”.

Suriya prezidenti Bəşər Əsəd bildirib ki, daha Türkiyəni ölkəsinin tərəfdaşı hesab etmir. Bunu o, Suriyanın Xarici İşlər Nazirliyinin əməkdaşları ilə görüşdə bəyan edib.

Din.az bildirir ki, dünən keçirilmiş görüşdə Əsəd Suriyanın müharibənin dayandırılması üçün bütün təklifləri nəzərdən keçirməyə hazır olduğunu bəyan etməsini xatırladıb və qeyd edib ki, onlar əvvəlcədən təkliflərin əksəriyyətinin xoş məramla edilmədiyini bilirdilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barədə danışan Bəşər Əsəd bəyan edib ki, Türkiyənin dövlət başçısı “terrorçuları dəstəkləyib” və buna görə də, hazırda “siyasi yoxsul” rolunu icra edir. “Buna görə də, Suriya ona etimad etmir, Türkiyə tərəfini nə tərəfdaş, nə də qarant sayır”, – Əsəd deyib.

Suriya dövlətinin başçısı vurğulayıb ki, yalnız sözdə Suriya böhranının tənzimlənməsini dəstəkləyən ölkələrlə nə təhlükəsizlik, nə də səfirliklərin açılması sahəsində heç bir əməkdaşlıq olmayacaq, o vaxta qədər ki, onlar terrorçularla əlaqələrini kəsməyəcəklər.

“Biz düşmənlərimizə və əleyhdarlarımıza imkan verməyəcəyik ki, terrorla əldə edə bilmədiklərini siyasətlə qazansınlar”, – Əsəd vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az