Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BƏŞƏR ƏSƏD: “Bu müsəlman ölkəsi xəritədən silinəcək”

“Bu müharibədə qələbə qazanmaqdan başqa şansımız yoxdur”.

Son zamanlar Suriyada müharibənin tez bir zamanda qurtaracağına ümid əvvəlki illərdən daha çoxdur.

“Din.az” xəbər verir ki, bunu Xorvatiyanın “Veçerni List” qəzetinə müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib.

“Suriya Rusiya, İran və Hizbullahın dəstəyi ilə cəbhədə böyük uğurlar qazanıb. Hazırda Suriyada 100 mindən çox terrorçu var. Bizim bu müharibədə qələbə qazanmaqdan başqa şansımız yoxdur. Əgər bu, baş verməsə, Suriya Yaxın Şərqin xəritəsindən silinəcək”, – o bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az