Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

BƏRDƏDƏ MƏSCİDƏ POLİS HÜCUMU? – İMAM VƏ DİNDARLAR ŞÖBƏYƏ APARILDI?

Polislər kənd camaatını cümə namazını qılmağa qoymadı.

Bərdə rayon Həsənqaya kəndində 13 yanvar 2017-ci il tarixində polislər ayaqqabı ilə kənd məscidinə daxil olaraq dindarları və dinin müqəddəsatını təhqir ediblər.

“Din.az” “A24.Az”-a istinadən bildirir ki, bu xəbəri kənd sakinləri veriblər. Onlar qeyd ediblər ki, polislər kənd camaatını cümə namazını qılmağa qoymayıb. Belə ki, polislər cümədə namaz qılan insanları və imamı maşınlara doldurub, polis şöbəsinə aparıblar. Həmçinin müqəddəs kitabımız Qurani-Kərimi necə gəldi insanlar kimi maşının yük yerinə yığıblar. Məsciddə qalan insanlar isə ayrı-ayrılıqda namazlarını qılmağa davam edib. Bu barədə məlumatı vatsap şəbəkəsində məscidin imamı məlumat verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az