Bəhreyn səfirliyi Suriyadakı fəaliyyətini bərpa edib

Bəhreyn Suriyanın daxili işlərinə regional müdaxilənin yolverilməz olduğunu bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ardından Bəhreyn Krallığı 7 illik fasilədən sonra Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib.
Din.az xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi “Twitter”də məlumat yayıb.
Rəsmi Manama həmçinin Dəməşq ilə əlaqələri saxlamaq arzusunu və Suriyada sabitliyin, onun suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi üçün ümümərəb rolu və onun fəallığının əhəmiyyətini qeyd edib. Bundan əlavə, Bəhreyn Suriyanın daxili işlərinə regional müdaxilənin yolverilməz olduğunu bildirib.
Xatırladaq ki, dünən də BƏƏ Dəməşqdəki səfirliyinin fəaliyyətinin bərpa edildiyini açıqlamışdı.