Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bəhreyn rejimi Ayətullah İsa Qasimi Türkiyəyə sürgün etmək istəyir

Türkiyə Bəhreyn əlaqələri inkişaf edir.

“İki ölkə artıq razılığa gəlib və Bəhreyn rejimi Türkiyənin bəzi məsələlərinin həllinə yardım edəcəyinə söz verib.”

“Din.az”ın “İslamazeri.az”a istinadən verdiyi xəbərə əsasən, rəsmi Manama Ayətullah İsa Qasimi Türkiyəyə sürgün etmək niyyətindədir. Rəcəb Tayyib Ərdoğanın Bəhreynə səfəri çərçivəsində bu mövzünü müzakirə edən ölkə kralı Həmd ibn İsanın razılığa gəldiyi bildirilir.

“Şərqul-Əvsət” qəzeti kralın Türkiyə seçimiylə bağlı yazır ki, rejimin bu ölkəni seçməkdə əsas 2 hədəfi var:

1.Türkiyədə Əhli-beyt tərəfdarlarının sayı nisbətən azdır.

2.İranın müdaxilə edərək, Ayətullah İsa Qasimin nüfuzunun artma ehtimalı azdır.

İki ölkə artıq razılığa gəlib və Bəhreyn rejimi Türkiyənin bəzi məsələlərinin həllinə yardım edəcəyinə söz verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az