Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanı Azərbaycanın yeyinti məhsullarına maraq göstərir (FOTO)

Azərbaycan müsəlman ölkələrilə sıx əməkdaşlıq edir.

2017-ci ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəzin ixracında çəki nisbətində 62 faiz artım qeydə alınıb.

Din.az bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Yevlaxda ixracatçılarla görüşdə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan üçün yeni, böyük bazarlar açılıb. Çin bazarına 360 milyon dollarlıq mal ixrac olunub. Bu isə meyvə-tərəvəz deyil, spirtli və spirtsiz içkilər və s. qeyri-neft məhsullarıdır ki, bu da qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Digər ölkələrdən isə Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanı Azərbaycanın yeyinti məhsullarına xüsusi maraq göstərir. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az