Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BƏƏ Yəmənin bir neçə adasını işğal etdi

BƏƏ qüvvələrinin ölkədə gizli planlarının olduğu bildirilib.

Birləşmiş Ərəb Əmirlikləri Yəmən sahillərini və adalarını işğal edib.

Din.az bildirir ki, Bab əl-Məndəb körfəzində hərbi baza quran BƏƏ bazaların divarlarına krallıq nümayəndələrinin şəkillərini asıb.

Yəmənlilər BƏƏ qüvvələrinin ölkədə strateji bölgələri və limanları ələ keçirməklə bağlı bir sıra gizli planlarının olduğunu bildirib.

Ölkədə gizli həbsxanalar və işgəncə mərkəzləri yaradan Əbu-Dabi rəhbərliyi Bab əl-Məndəbdəki Mayyun adasında, Sokotra, Aden limanlarında hərbi bazalar tikib.

Qeyd edək ki, Yəmən hökuməti Sokotra və Əbd əl-Kuri adalarını 99 illiyə Əbu-Dabiyə icarəyə verməkdə ittiham olunur. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az