Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BƏƏ və Səudiyyə Ərəbistanı Qətərə qarşı hava blokadasını yumşaldıblar

Qətərə qarşı blokada yumşalır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti üçüncü ölkələrin aviaşirkətlərinə Qətərə və Qətərdən reyslər həyata keçirərkən Əmirliklərin hava məkanı və aeroportlarından istifadə etməyə icazə verib.

Din.az bildirir ki, bu barədə Trend BƏƏ Mülki Aviasiya İdarəsinə istinadən məlumat verir.

Analoji qərar Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi tərəfindən də qəbul edilib.

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az