Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BƏƏ-nin xahişi ilə qətərli hakimlər oyundan kənarlaşdırılıb

Oyunlara sinqapurlu hakimlər təyinat aldı.

FİFA Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tailand yığmaları arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə oyununun qətərli hakimlər briqadasını dəyişib.

Din.az “Milli.Az”a istinadən xəbər verir ki, bu qərar BƏƏ Futbol Assosiasiyasının xahişi əsasında verilib.

İyunun 13-də Banqkokda təşkil olunacaq qarşılaşmaya sinqapurlu hakimlər təyinat alıb.

Qeyd edək ki, BƏƏ iyunun 5-də Qətərlə diplomatik münasibətləri kəsən ölkələrdən biridir. 2022-ci il dünya çempionatının təşkilatçılarını terrorçulara dəstəkdə ittiham edirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az