Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BAYRAM GÜNLƏRİ BAKIDAKI OTELLƏRDƏ YERLƏRİN HAMISI BRON EDİLİB

Bayramda Azərbaycana daha çox ərəb ölkələrindən turistlərin gələcəyi gözlənilir.

Qurban bayramı günləri üçün Bakıdakı otellərdə demək olar ki, yerlərin hamısı bron edilib.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.

Müsəlman ölkələrində Qurban bayramının fərqli müddət ərzində – 3, 7, 10 gün keçirildiyini deyən M.Ağakərimovun sözlərinə görə, bayramda Azərbaycana daha çox ərəb ölkələrindən və İrandan turistin gələcəyi gözlənilir. Eləcə də Qazaxıstan və Özbəkistandan da turistlərin gələcəyi proqnozlaşdırılır.

M.Ağakərimov daha çox 3-4 ulduzlu otellərin bron edildiyini söyləyib.

AzTA rəsmisi əlavə edib ki, yerli turizm şirkətləri Qurban bayramı günlərində fəaliyyət göstərəcəklər.

Turizm şirkətlərinin bölgələrə, xüsusilə Qəbələ, Şəki, Quba və Qusara turlar təşkil etməyə hazır olduğunu söyləyən M.Ağakərimov qeyd edib ki, turist axınının artması ölkədə ekskursiya bələdçilərinə, xüsusilə ərəb dilini bilən bələdçilərə ehtiyac yaradıb.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar sentyabrın 1-4-də Azərbaycanda qeyri-iş günü olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az