Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Baş nazir CİA başçısından Güləni tələb etdi

FETO lideri Türkiyəyə qaytarılacaq?

Türkiyənin baş naziri Binəli Yıldırım ölkəsində səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) başçısı Maykl Pompeo ilə görüşüb.

“Din.az” “Publika.az”a istinadən xəbər verir ki, görüşdə terrorla mübarizə və Fəthullahçı Terror Təşkilatının (FETO) rəhbəri Fətullah Gülənin Türkiyəyə qaytarılması məsələləri müzakirə edilib.


Binəli Yıldırım CİA direktoruna FETO ilə mübarizədə Türkiyənin ABŞ-dan gözləntilərini çatdırıb. Baş nazir NATO üzrə müttəfiqi olan ABŞ-ın “Fərat qalxanı” əməliyyatına lazımi dəstəyi vermədiyini vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az