Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

BARSELONADA MÜSƏLMANLAR AYAĞA QALXDI

“Biz terrorçu deyil, müsəlmanıq”…

Avqustun 17-də terror hücumları baş vermiş Barselonada müsəlmanlar terrorçuluğun əleyhinə etiraz aksiyası keçiriblər.

Din.az APA-ya istinadən xəbər verir ki, aksiyada onlarla etirazçı iştirak edib.

Məlumata görə, etirazçılar terrorçuların hücumuna məruz qalmış Rambla küçəsi boyu yürüş ediblər. Onlar əllərində “Biz terrorçu deyil, müsəlmanıq” yazılmış plakatlar tutmuşdular.

Qeyd edək ki, İspaniyanın Barselona və Kambrils şəhərlərində avqustun 17-də törədilən terror hücumları nəticəsində 14 nəfər ölüb, 130-dan çox şəxs xəsarət alıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az