Balaşov: Kiyev “Qızıl Məkkə”yə çevrilməlidir

“Ukrayna və Kiyev gərək bütün slavyan dünyası üçün zəvvarlıq mərkəzi olsun”.
Ukrayna protoslavyanların müqəddəs torpağıdır.
Din.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın 5.10 Partiyasının sədri Gennadi Balaşov deyib. O, Kiyevdən “Qızıl Məkkə” düzəldilməsini tələb edib:
“Ukrayna və Kiyev gərək bütün slavyan dünyası üçün zəvvarlıq mərkəzi olsun. Özünü slavyan hesab edən hər kəs gərək protoslavyanların müqəddəs torpağını ziyarət etsin. Kiyevin “Qızıl Məkkə”yə çevrilməsi üçün Ukrayna gərək zəngin və inkişaf etmiş olsun. Ukraynada mütləq azad bazar formalaşdırılmalıdır”.