Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BAKIDA UCUZ QURBANLIQ HEYVANLAR SATILACAQ

“Kəsim məntəqələrinə gətirilən heyvanların sağlamlığına ciddi nəzarət olunacaq”.

Sentyabrın 1-i və 2-də Qurban bayramı ilə əlaqədar Bakıda Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yarmarkalar təşkil olunacaq.

Din.az bildirir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli AzVision.az-a müsahibəsində deyib ki, bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.

Onun sözlərinə görə, bayram günlərində dövlət xidmətinin nümayəndələri heyvanların satışı və kəsimi yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasına nəzarət edəcəklər.

Y.Xanvəli qeyd edib ki, Qurban bayramında kəsim məntəqələrinə gətirilən heyvanların sağlamlığına ciddi nəzarət olunacaq.

Y.Xanvəli bildirib ki, icazə verilməmiş yerlərdə ayrı-ayrı vətəndaşlar tərəfindən heyvan kəsimlərinin qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti müvafiq qurumlurla birlikdə ciddi tədbirləri görəcək.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə hər il İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində paytaxtda və Bakıətrafı qəsəbələrdə bazarlardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az