Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bakıda qurbanlıq heyvanların satış yarmarkaları keçirilir

“Yarmarkada satılan heyvanların hamısı müayinədən keçirilib”.

Bu gün Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının ödənilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhəri ərazisində qurbanlıq heyvanların satış yarmarkalarını təşkil edib. İlk dəfə olaraq Nazirliyin tabeliyində olan “Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC-də yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılıb.
Din.az Report.az-a istinadən xəbər verir ki, bunu Xətai rayonunda (“Nargilə” kafesinin yanı) təşkil olunan yarmarkanın işi ilə yerində tanış olan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.
“Yarmarkaya 3 000-ə yaxın xırdabuynuzlu erkək heyvanlar gətirilib. Heyvanların hamısı müayinədən keçirilib, sağlam, əmtəəlik heyvanlardırlar”, – deyə İ.Quliyev əlavə edib.
Qeyd edək ki, heyvanların qiyməti 95 manat təşkil edir.
Xatırladaq ki, Bakıda qurbanlıq heyvanların satışı Nərimanov rayonu (Əliyar Əliyev küçəsi,26; Keşlə bazarının yanı), Xətai rayonu (“Nargilə” kafesinin yanı), Səbail rayonu (Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi,8; parkın yanı) və Yasamal rayonunda (Şərifzadə küçəsi,196; “İdeal” şadlıq sarayının həyəti) təşkil olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az