Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BAKIDA “QURBAN BAZAR” ADLI XEYRIYYƏ YARMARKASI TƏŞKIL EDILƏCƏK – VİDEO

Yarmarkadan əldə edilən vəsait kimsəsiz və əlil uşaqlara veriləcək.

Bakıda “Qurban bazar” adlı xeyriyyə yarmarkası təşkil ediləcək.
Din.az Report.az-a istinadən xəbər verir ki, yarmarka avqustun 26-27-də Premier Expo Hoteldə olacaq.
Layihə maddi və mənəvi dəstəyə ehtiyacı olanlara yardım edən “Həyat” Fondunun və “Damla” İctimai Birliyinin təşəbbüsü, “Sarafan MF” və “Hijab Queen”in təşkilatçılığı ilə keçiriləcək. Yarmarkadan əldə edilən vəsait kimsəsiz və əlil uşaqlara əsl bayram yaşatmaq üçün sərf olunacaq.


Yarmarkada məşhur brendlərin, gənc dizaynerlərin təqdim etdikləri yeniliklər – gözəl geyimlər, orijinal suvenirlər, aksessuarlar, incə əl işləri təqdim olunacaq.
Qeyd edək ki, yarmarkanın rəsmi açılışı 26 avqust, saat 12.00-da baş tutacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az