Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BAKIDA PİYADA KEÇİDİNDƏ NAMAZ QILDI – HAMI ONU QINADI

Həmin şəxsin düzgün hərəkət etdiyini düşünənlər də var.

Sosial şəbəkələrdə yayılan bu foto həqiqi dindarlar arasında narazılıq yaradıb.

Din.az bildirir ki, fotoda orta yaşlı bir kişinin piyada keçidində namaz qıldığı əks olunub. Fotonun Bakıda çəkildiyi bildirilir.


Sosial şəbəkələrdə yayılan bu görüntüyə münasibət birmənalı olmayıb. Bəziləri bu şəxsin dini gözdən salmaq üşün bu cür vasitəyə əl atdığını bildirib. Lakin həmin şəxsin düz etdiyini yazanlar da var.
Lakin ümumilikdə, piyada keçidində namaz qılmağa heç cür haqq qazandırmaq olmaz. Bu, ilk növbədə çox təhlükəlidir və yəqin ki, ətrafda o qədər boş yer olduğu halda məhz keçidin üzərində namaz qılmaq normal düşüncəsi olan insanın işi ola bilməz.  / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az