Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bakıda Kərkük türkmanlarının durumu müzakirə ediləcək

Tədbirdə siyasi analitiklər, ictimai-siyasi fəallar, ziyalılar, gənc nəslin nümayəndələri və başqaları iştirak edəcəklər.

Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə “Orta Doğuda mövcud hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa keçiriləcək.

Din.az bildirir ki, bu barədə cebhe.info-ya BAO İdarə Heyətinin üzvü Alpər Əlincə məlumat verib.

Məlumata görə, tədbirdə siyasi analitiklər, ictimai-siyasi fəallar, ziyalılar, gənc nəslin nümayəndələri və başqaları iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzuolunandır.

Tədbir sentyabrın 23-ü saat 12:00-da BAO-nun ofisində (Bakı şəhəri, Ələşrəf Əlizadə-3-də keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az