Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

BAKIDA GİZLİ FƏALİYYƏT GÖSTƏRƏN DİNİ TƏBLİĞATÇILARLA BAĞLI MÜDHİŞ FAKT

3 min nüsxədən artıq dini ədəbiyyat müsadirə olundu.

İki qurumun əməkdaşları birgə əməliyyat keçiriblər.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qaradağ rayon Polis İdarəsinin əməkdaşları 3 min nüsxədən artıq dini ədəbiyyatı müsadirə ediblər.

Din.az bildirir ki, bu barədə  Sputnik.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, sentyabrın 13-də “Sədərək” ticarət mərkəzində, 1985-ci il təvəllüdlü, Masallı rayon sakini Həmidov Pərviz Orucəli oğlunun mağazasından satışda olan 119 adda 3125 ədəd dini kitab müsadirə edilib. Müsadirə olunmuş kitablar ekspertizaya göndərilib, faktla bağlı isə AR İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

Hüquq mühafizəçiləri ilkin araşdırma zamanı müəyyən ediblər ki, dini ədəbiyyat kustar üsullarla çap olunub. “Bu kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan edilib və satışına icazə verilmir. Ona görə də bu kitabların yayılma mənbəyi məlum deyil və bilinmir ki, onların müqəddəs “Quran”la bir əlaqəsi var, ya yox” — deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Sputnik Azərbaycan-ın əməkdaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayaraq respublikada qadağan olunmuş dini ədəbiyyatın siyahısını və bir sıra suallara cavab istəyib. Amma bir sıra dövlət orqanlarında olduğu kimi, bu qurum da bürokratik əngəllər səbəbindən suallarımızı cavabsız qoyub.

Xatırladaq ki, adıçəkilən qurum sistemli olaraq reydlər keçirir və ölkədə qadağan olunmuş dini ədəbiyyatı müsadirə edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az