Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bakı-Tehran əlaqələrinin inkişafı üçün maneə… – Vaezi

“Hər iki ölkənin əməkdaşlıq əlaqələri daha da inkişaf etməlidir”.

Son dörd ildə İran ilə Azərbaycan arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir.

Din.az bildirir ki, bu fikri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi yerli mətbuata bildirib.

M.Vaezi deyib ki, hər iki ölkə xalqlarımızın maraqlarını nəzərə alaraq qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməlidir. Əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur və bu fakt geniş imkanlar yaradır ki, İran-Azərbaycan münasibətləri daha da möhkəmlənsin. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az