BAKI SAKİNLƏRİ QAFQAZ İSLAM ORDUSUNUN KOMANDANI NURU PAŞANI TANIMADILAR – VİDEO

Şəhər sakinləri Nuru Paşa haqqında nə bilirlər?
Sentyabrın 15-i Bakının işğaldan azad olunduğunun 99-ci ilidir.
Din.az A24.Az-a istinadən xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb.
Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.
Biz də, A24.Az redaksiyası olaraq şəhər sakinlərindən Nuru Paşa haqqında bildiklərini soruşduq. Vətəndaşların verdikləri cavablar isə çox maraqlı olub. Nuru paşanı hətta həkimə bənzədənlər də tapılıb. A24.az sizə həmin videonu təqdim edir:
Bakı sakinləri Şəhəri erməni – bolşevik işğaldan azad edən Nuru paşanı tanımadılar: Göz həkimi deyilmi? – VİDEO
Posted by Faktor Azərbaycan on Donnerstag, 14. September 2017