Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BAKI MYANMAYA 100 TON YARDIM GÖNDƏRDİ – FOTO

Azərbaycan hökuməti Myanmaya humanitar yardım göndərdi.

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohinya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək üçün Azərbaycan hökuməti humanitar yardım hazırlığına başlamışdı.

Din.az bildirir ki, Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərindən Axar.az-a verilən birgə məlumata görə, 100 ton humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohinya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə yola salınıb.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az