Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ HAQQINDA YENİ QƏRAR VERİLDİ

Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin strukturu hesab edilməyəcək.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

“Din.az”ın “A24.az”a istinadən verdiyi xəbərə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na Bakı Mühəndislik Universiteti əlavə edilib. Bununla da Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin strukturu hesab edilməyəcək.

Xatırladaq ki, Bakı Mühəndislik Universiteti Azərbaycan Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə yaradılıb. Fəaliyyəti dayandırılmış Qafqaz Universitetinin tələbələri bu ali məktəbdə təhsil alır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az