Bakı İslam Universitetində Dini-Psixoloji Komissiya fəaliyyətə başlayıb

Yeni komissiya avqustun 17-dək fəaliyyət göstərəcək.
Bu gündən Bakı İslam Universitetində (BİU) ali məktəbə qəbul olunan tələbələrin dini-psixoloji vəziyyətinin yoxlanılması üçün Dini-Psixoloji Komissiya fəaliyyətə başlayıb.
Din.az bildirir ki, Universitetdən “Report”a verilən məlumata görə, komissiya avqustun 17-dək fəaliyyət göstərəcək.
Komissiyanın tərkibində Dövlət İmtahan Mərkəzinin nümayəndəsi və psixoloq nəzarətçi, Təhsil Nazirliyinin nümayəndəsi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullah, BİU-nun prorektoru Elçin Həsənli, kafedra müdirləri Əlirza Qafarov, Elvin Talışınski və tədris müdiri Əbülfət Vəliyev təmsil olunur.