Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BAKI DÖVLƏT UNİVERSİTETİNİN (BDU) İLAHİYYAT FAKÜLTƏSİNDƏ NƏ BAŞ VERİB?

“Ədalətsiz məhkəmə qərarını qəbul edib həbsə girmək istəmirəm”.

Bakıda tələbə ilə dekan müavini arasında məhkəmə çəkişməsinin növbəti prosesi keçirilib.
Din.az “Publika.az”a istindən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı iddiasına Yasamal Rayon Məhkəməsində baxılıb.


Məhkəmədə dekan müavininin vəkili Kamandar Nəsibov vəsatət qaldırıb.
Əslində bu gün keçirilən məhkəmədə Zəka Mirağayevin vəkili müdafiə çıxışı etməli, özü də son sözünü deməli idi. Amma Mirağayev naməlum səbəblərdən məhkəməyə gəlməyib.
Dekan müavininin vəkili Kamandar Nəsibov bunu təqsirləndirilən şəxsin məhkəmədən yayınması kimi qiymətləndirib və Zəka Mirağayev haqqında həbs-qətimkan tədbiri seçilməsi haqda vəsatət qaldırıb.
Tələbənin vəkili Elçin Sadıqov buna etiraz edərək bildirib ki, Mirağayevin səhhətində müəyyən problemlər vardı, ola bilsin, bu səbəbdən gəlməyib.
Məhkəmə iclası iyulun 10-na təyin olunub.
Məhkəmədən sonra Teleqraf.com Zəka Mirağayevlə əlaqə saxlayıb.
Məhkəmənin ədalətli qərar çıxarmayacağına əmin olduğu üçün ölkəni tərk etdiyini deyən Zəka Mirağayev bunları söyləyib:
“Ədalətsiz məhkəmə prosesi və ədalətsiz məhkəmə qərarını qəbul edib həbsə girmək istəmirəm.Təhsil Nazirliyi bildirir ki, bu məsələni BDU öz daxilində həll eləməlidir. Bu absurddur”.
Xatırladaq ki, Nigar İsmayılzadə Zəka Mirağayevin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir.
Xüsusi ittihamçı saytların birində yer almış yazıdakı “Nigar İsmayılzadə “İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.
Qeyd edək ki, dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az