Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“BACI İLƏ NİKAH HALALDIR” – ŞEYXDƏN SENSASİYALI FİTVA

Şeyx Nasir Əlömər: “Suriya, şiələr və şiə dövlətləri zalımdır”.

Səudiyyə Ərəbistanda vəhhabi şeyxi Nasir Əlömər Suriya terrorçu hərbçilərinin öz bacıları ilə nikah cihadını halal edib.
Din.az Publika.az-a istinadən xəbər verir ki, şeyxin sözlərinə görə, şiələrə qarşı döyüşdə hərbçilərə haram heç bir şey yoxdur. O, bu barədə “Əlvüsal vəhabi” portalına verdiyi eksklüsiv müsahibəsində bildirib.
Şeyx hesab edir ki, döyüş zamanı hərbçilər nikah cihadında fəaliyyət göstərən qadın tapmasalar, öz bacıları ilə nikaha girə bilərlər. Nasir Əlömər onu da əlavə edir ki, Suriya, şiələr və şiə dövlətləri zalımdır, eyni zamanda onlar islamla daim müharibədədirlər.
Qalmaqallı açıqlamaları ilə gündəmə gələn şeyxin qənaətinə görə, hərbçilərin xeyrinə olan fitvaları tənqid edənlər nədənsə şiələr tərəfindən öldürülən uşaq və qadınlar haqqında susurlar!
Xatırladaq ki, Əlömər əvvəlki fitvasında şiə qadınlarını qul edib terrorçulara verilməsini də doğru hesab etmişdi. Səudi şeyxinin bu fitvası ilk hay-küylü seksual fitva deyil.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az