Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanlılara vəzifə verilmədi – Təbrizdən daha bir etiraz

Nazirlər Kabinetində azərbaycanlıların yer almamasına etiraz edildi.

Təbrizin keçmiş millət vəkili, “Şəhriyar” Fondunun rəisi Əli Əsgər Şeirdust yeni Nazirlər Kabinetində azərbaycanlıların yer almamasına etiraz edib.

Din.az bildirir ki, o, bu barədə “Teleqram” kanalında yazıb.

“Nazirlər Kabinetinə namizədlərin siyahısı parlamentə təqdim olunub. Burada Azərbaycanın payının sıfıra yaxın olması çox qəribə haldır. Bunun səbəbinin kökləri araşdırılmalı və analiz edilməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, İranda ikinci dəfə prezident seçilən Həsən Ruhani avqustun 8-də yeni kabinetə namizədləri parlamentə təqdim edib. Təqdim olunan siyahıda 3 nəfərdən başqa, qalan namizədlərin hamısı fars bölgələrindəndir. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az